Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimlərinin keçirildiyi zalda baş verən yanğın nəticəsində azı 22 nəfər həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yanğın cümə günü gecə şəhərin Linqvala rayonunda başlayıb və şənbə günü səhər saatlarınadək davam edib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Linqvala rayonunun meri Norbert Muşinqa ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Hadisənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.
- ABŞ-la Rusiya arasında gərginlik davam edir - Siluanov
- Türkiyə-Rusiya danışıqlarında mühüm irəliləyiş
- Rusiyada bu hava limanı bağlandı
- Ərdoğanın təbrikinə Meloni belə cavab verdi
- İrandan ABŞ-ın tankerləri vurmasına reaksiya
- Əməkdar həkim vəfat etdi
- Əmr verdim, Kiyevə zərbələr dayandırıldı - Putin
- Avropaya səyahət edənlər üçün - Qaydalar sabahdan sərtləşir