Tibbi heyəti daşıyan helikopter qəzaya uğradı

15:57 - 8 Sentyabr 2026 - GÜNDƏM

 Tibbi heyəti daşıyan helikopter qəzaya uğradı

Malayziyanın Ulu-Baram bölgəsindəki Lonq-Lellanq hava limanı ərazisində tibbi aviasiya helikopteri qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Malayziya mediası məlumat yayıb.

İlkin məlumata görə, "Layang-Layang Aerospace" şirkətinə məxsus "BO-105" helikopteri pilot da daxil olmaqla 5 nəfəri daşıyıb.

Helikoptor tibbi reys həyata keçirib və tibbi briqadanı daşıyıb.

Qeyd olunub ki, helikopter uçuş zolağının sonunda qəzaya uğrayıb. Bundan sonra partlayış olub və helikopter yanmağa başlayıb.

Göyərtədə olan şəxslərin taleyi barədə hələlik məlumat yoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol