Rumıniyanın şərqində naməlum PUA-nın ölkənin hava məkanına daxil olması ehtimalı ilə əlaqədar hava həyəcanı elan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hava məkanına nəzarət sistemləri Moldova istiqamətindən hərəkət edən şübhəli hava hədəfini qeydə alıb. Hadisə ilə əlaqədar NATO-nun hava məkanının mühafizəsi missiyasında iştirak edən iki F-18 qırıcı təyyarəsi havaya qaldırılıb.
Mümkün təhlükə ilə əlaqədar Rumıniyanın şərq rayonlarının sakinlərinə xəbərdarlıq göndərilib. Hadisə Yaş Beynəlxalq Hava Limanının fəaliyyətinə də təsir göstərib və uçuşlar qısa müddətə dayandırılıb.
Moldova tərəfi də ölkənin hava məkanında şübhəli PUA-nın aşkarlandığını bildirib.
- Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
- “Şəki yaylası”nda həyatını itirən Coşqunun - Fotoları
- Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
- “And olsun vermərəm, Qurban ətidir, nəsə yoxdur” - Aeroportda çətin anlar+Video
- Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
- İsraildən Britaniya ilə bağlı sərt addım
- Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır
- Zelenski bu tarixdə Trampla görüşə bilər