“Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım”.
“BUTA.TV” xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində “Qarabağ”ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib.
Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumçu həyatından, gələcək hədəflərindən və arzularından söz açıb: “Bakıda doğulmuşam, Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ, “Barselona”, “Real”da oynayan ilk azərbaycanlı mən olum”.
Ceyms Eziasi atasının da futbolçu olduğunu vurğulayıb: “Hazırda “Qarabağ”ın U-14 komandasının hücumçusuyam. Futbol mənim üçün hər şeydir. Atam da futbolçu olub. Yəqin ki, bu da mənə qandan keçib. Özümü futbolsuz təsəvvür etmirəm. Hətta yuxuda da futbol görürəm. Görürəm ki, PSJ-də oynayan ilk azərbaycanlı mənəm. Ən sevdiyim futbolçular isə Kilian Mbappe və Vinisius Juniordur. Həqiqətən də qol vuranda çox sevinirəm. Elə oyunlar olur ki, 2, 4 qol vururam”.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
O bildirib ki, “Qarabağ”ın əsas komandasında çıxış etməyi hədəfləyib: “Qurban Qurbanovu çox bəyənirəm. Mənim üçün o, çox yaxşı baş məşqçidir. Çalışıram ki, daha yaxşı oynayım, “Qarabağ”ın əsas heyətinə düşüm. Qurban Qurbanov mənim məşqçim olsun. Ən böyük arzum isə Azərbaycan millisində oynamaqdır”.
Ceyms Eziasi Azərbaycan, rus və ingilis dillərini bildiyini də söyləyib.
Ceyms qeyd edib ki, “Qarabağ”ın U-14 kollektivində komanda yoldaşları ilə isti münasibət saxlayır: “Komanda yoldaşlarımızla mehribanıq. Bir-birimizi çox istəyirik. Biz mehriban olmasaq, heç bir oyunda qələbə qazana bilmərik”.
- Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
- İrəvandan Kremlə hədə: Qaz qiyməti qalxsa, hərbi baza...
- Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə
- Putin Mayamiyə getsə, onunla görüşə bilərəm
- “Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - Video
- “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
- Rusiya mühüm sənaye müəssisəsinə zərbə endirdi
- Cinayət işi: Kozinoğlunun məzarı açılır