İranda silahlı toqquşma: 3 SEPAH üzvü öldürüldü

15:48 - 12 Sentyabr 2026 - GÜNDƏM

 İranda silahlı toqquşma: 3 SEPAH üzvü öldürüldü

SEPAH ilə Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində terror aktı həyata keçirməyə hazırlaşan peşəkar terrorçu qrup arasında silahlı toqquşma baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

Məlumata görə, toqquşma nəticəsində terrorçu qrupun 4 üzvü öldürülüb.

Bildirilib ki, bu gün günortaya qədər davam edən əməliyyat zamanı SEPAH-ın 3 əməkdaşı da həyatını itirib.

Bundan başqa, terrorçu qrupun gizləndiyi yerdən bir sıra silahlar, müəyyən miqdarda sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.

SEPAH əlavə edib ki, öldürülən terrorçuların sayının artacağı ehtimal olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol