Husilər raket istehsalında süni intellektdən istifadə edir?

18:09 - 12 Sentyabr 2026 - GÜNDƏM

 Husilər raket istehsalında süni intellektdən istifadə edir?

Yəməndəki husilərin ballistik raket texnologiyalarını inkişaf etdirmək üçün "Claude" süni intellektindən istifadə etdiklərinə dair iddialar ortaya çıxıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Sözügedən iddialara əsasən, husilərin raketin hazırlanması prosesinin müxtəlif mərhələlərində süni intellektdən istifadə edildiyi bildirilir.

İddialara görə, raket sistemlərinin idarəetmə mexanizmlərinin kodlaşdırılması, avtopilot proqram təminatının quraşdırılması və uçuş simulyasiyalarının aparılması kimi kritik proseslərdə mühəndislərin əvəzinə "Claude" süni intellektindən istifadə edilib. Hətta süni intellektin proqram təminatının kompilyasiyası mərhələsində də fəal rol oynadığı vurğulanır.

Məsələ ilə bağlı açıqlama verən "Claude" husilərin belə bir addım atdığını təsdiqləyib:

“Onlar raket hazırlamaq üçün "Claude" süni intellektindən istifadə etdilər. "Claude" raketin idarəetmə sistemi üçün kod yazdı, avtopilotu tənzimlədi, uçuşu simulyasiya etdi və proqram təminatını tərtib etdi. Raket sınaqdan keçirildi, lakin qəzaya uğradı. Bir neçə saat sonra hərbi heyət nəyin səhv getdiyini anlamaq üçün yenidən süni intellektə müraciət etdi”.

Qeyd edək ki, bir neçə gündür husilərlə Yəmən hökuməti arasında şiddətli toqquşmalar davam edir. Husilər bununla yanaşı hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanına da zərbələr endirir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol