ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı üçtərəfli danışıqların keçirilməsinə ümid edir, lakin tərəflər arasında ümumi baxışın olmadığını da etiraf edir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti Moskva və Kiyevdə keçirilən son danışıqlar raundundan razıdır və üçtərəfli görüşün mümkün qədər tez keçirilməsinə ümid edir.
Bununla yanaşı, Kuşner tərəflərin arzu olunan nəticə ilə bağlı ortaq mövqeyinin olmadığını qeyd edib və ən çətin məsələnin ərazi məsələsi olaraq qaldığını təsdiqləyib:
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
“Ən çətin məsələ əvvəlki kimi ərazi məsələsidir. Düşünürəm ki, bu, açıq şəkildə müəyyən dərəcədə döyüş meydanında baş verənlərlə bağlıdır. Bu baxımdan vəziyyət kifayət qədər dinamikdir”.
Onun fikrincə, texnologiya sahəsindəki inkişaf və döyüş meydanında baş verən hadisələrin gedişi hər iki tərəfin gözləntilərini üstələyir:
“Ümid edirik ki, tezliklə bunu üçtərəfli danışıqlar çərçivəsində müzakirə edə biləcəyik. Biz bu görüşü təşkil etmək üçün çalışırıq və məncə, bu, əsas məqsədlərdən biridir”.
“Əgər Ukrayna həmin xəttə (Donbas nəzərdə tutulur – red.) qədər geri çəkilməyə razı olsaydı, açıq şəkildə deyə bilərdik ki, razılaşmanın qalan hissəsi artıq hazırlanıb və razılaşdırılıb. Hələlik Ukrayna bunu etmək istəmir. Əlbəttə, vasitəçilər kimi bizim vəzifəmiz onların istəklərinə zidd olmayan və məqsədlərinə çatmalarına kömək edəcək yaradıcı bir həll yolu tapmaqdır. Eyni zamanda, Rusiyanı münaqişəni dayandırmağa inandırmalıyıq ki, hər iki tərəf gələcəkdə belə bir vəziyyətin təkrarlanmasının qarşısını alacaq çərçivədə irəliləyə bilsin”.
- Putin "sürpriz" hazırlayır: Bu ölkələrə hücum ola bilər - General
- Ukrayna daha müharibə xərclərini qarşılaya bilmir
- Rusiyanın hazırkı strateji məqsədi budur, lakin... - BBC
- İsmayıllıda maşın aşıb yandı - Sürücü yaralandı, həyat yoldaşı öldü - Video
- Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
- Husilər Səudiyyəyə hücum etdi: yaralılar var
- Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?
- Fidan və Arakçı Səudiyyəyə hücumdan danışdı