Rusiyanın Donetsk və Luqansk vilayətlərinin hamısını ələ keçirmək niyyəti hələ də qalır. Lakin ukraynalı komandirlər hesab edirlər ki, Rusiya qoşunlarının bu məqsədə çatması son dərəcə çətin olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “BBC Ukrayna” ukraynalı hərbçilərə istinadən yazıb.
Qeyd olunur ki, Rusların əsas problemi ondadır ki, piyada qüvvələri ilə düşməni kütləvi şəkildə sıxışdırmaq taktikası artıq nəticə vermir. Digər tərəfdən, təcavüzkarın bunun əvəzinə istifadə edə biləcəyi başqa effektiv taktika da yoxdur.
Ukrayna Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletskinin sözlərinə görə, Rusiya ordusunun hazırkı strateji məqsədi Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirməkdir. Onun sözlərinə görə, Donbas üzərində tam nəzarət olmadan müharibədən çıxmaq Rusiya üçün ciddi reputasiya riskləri yarada bilər.
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
Ukrayna və Qərb kəşfiyyat xidmətlərinin məlumatlarına görə, Rusiyanın hərbi rəhbərliyi bu iki Ukrayna regionunu aprelin ortalarına qədər tam işğal etməyi planlaşdırır. Rusiyanın siyasi rəhbərliyi isə bu vəzifənin hətta 2027-ci ilin əvvəlinə qədər başa çatdırılmasını mümkün hesab edir.
- İndoneziyada 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsildi
- Tatarıstana hücum edildi: ölü və yaralılar var - Video
- Hörmüzdə İran gəmisi vuruldu: ölü və yaralılar var
- 1663-cü gün: Rusiyanın itkiləri yeniləndi
- ABŞ müharibə etmək istəyirsə... - Pezeşkian
- Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
- Putin "sürpriz" hazırlayır: Bu ölkələrə hücum ola bilər - General
- Ukrayna daha müharibə xərclərini qarşılaya bilmir