Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bina Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində yerləşir.
Həmin binadan artıq sakinlər tam köçürülüb.
Sakinlərin bildirdiyinə görə, bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
Həmçinin proses davam edənədək köçürülən ailələrin kirayə haqqı qarşılanacaq.
Qeyd edək ki, Bakının Nizami rayonunda bir neçə yaşayış binasının sökülməsinə başlanılıb.
- Məktub 113 il sonra yetişdi...
- İsrail HƏMAS komandirini zərərsizləşdirdi
- Fidan misirli və qətərli həmkarı ilə danışdı
- Avropa ilə münasibətlərin yaxşılaşacağına... - Peskov
- Almaniyada dron insidenti: Rusiya günahlandırılır
- Rusiya ordusu daha 3 kəndi işğal etdi
- ABŞ enerji bazalarını manipulyasiya edir - Arakçı
- Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı: Kiyevə xəbərdarlıq...