Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri ehtimal olunur.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.
Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.
Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- “Sevgilisi təşkilatdan böyük məbləğdə pul alıb, vəzifəsi yüksəldilib” - Şok iddia
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video