Qadın sərnişinlər qeyri-etik formada davranan və əxlaqsız təkliflər edən "Uber" və "Bolt" taksi şirkətlərinin 10 sürücüsü saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində "Uber" və "Bolt" taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, eləcə də əxlaqsız təklif etmələri barədə daxil olan məlumatlar əsasında Bakı Şəhər Baş Polis İdarəsi, Nəsimi, Binəqədi, Qaradağ, Sabunçu, Nizami, Yasamal və Xətai Rayon Polis İdarələrində silsilə əməliyyatlar həyata keçirilib.
Nəticədə qeyd olunan əməlləri törədən həmin şirkətlərin sürücüləri - Əlibala Məmmədli, Xəyal Quliyev, Hafiz Rəcəbli, Kamil Abbasov, Abdulağa Mustafayev, İlkin Həkimov, Elçin Abdullayev, Timur Hacıyev, Həsən İsmayılov və Xəyal Atakişiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı bu sürücülərdən bir neçəsinin taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrdən istifadə etdikləri də müəyyən edilib.
Qeyd edilən hüquqpozmalara yol vermiş 10 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək