Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxsin yaxınları danışıblar.
Quba rayonunun İspik kənd sakini Röyal kimi yanınan 35 yaşlı İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb.
Məlumata görə, İntiqam Əlimuradovla Rövşən Ağayev arasında mübahisə düşüb. Mərhumun qardaşının sözlərinə görə, komandir Rövşən adı ilə tanınan şəxslə restoranda dava düşüb:"Eşitdiyimə görə dörd nəfər olublar. Bilmirəm həmin şəxs maşının üstünə özünü atıb, yoxsa onu maşın vurub. Daha sonra İntiqam qaçıb gizlənib”.
Qeyd edək ki, martın 6-sı saat 16 radələrində İ.Əlimuradov Quba şəhərində avtomobil qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi "Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İ.Əlimuradov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib. İ.Əlimuradovun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu bildirilir.
Daha ətraflı Baku TV-nin süjetində:
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək