Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polisə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub. Həmin şəxslər - Tural Bayramlı və onun qardaşı Orxan tutularaq idarəyə gətirilib.
Onların üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə “Hidiş” kimi tanıdıqları İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.
Aşkar edilən faktla bağlı idarənin istintaq şöbəsində cinayət işi başlanılıb.
Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
- 6 ay əvvəl də qəzaya düşmüşdü - Bu dəfə həyatını itirdi...
- Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış
- Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı
- Deputatlar Malayziyaya səfər edəcəklər
- Hansı qrupların ballarında artım ola bilər? - VİDEO
- Pensiya alanlara şad xəbər
- Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı
- Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə öldü - Foto