Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib, saxlanılan var.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bölməyə qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən evə baxış zamanı həmin zirzəmidən Ramil Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 35 kiloqram olan 99 ədəd çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, Ramil Quliyev evin zirzəmisində çətənə bitkilərinin yetişdirilməsi üçün xüsusi havalandırma və işıqlandırma sistemi yaradıb. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb. Ramil Quliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.
Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
“Maştağa qəsəbəsi, eləcə də Sabunçu rayonunun digər ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək