Limonun sağlamlığımıza olan faydaları lap qədimlərdən məlumdur.
Güclü bir antibakterial və antiviral olması və immunitet sistemini hərəkətə gətirməsi ən vacib xüsusiyyətləri hesab olunur.
Limon suyu bir həzm asanlaşdırdığı üçün artıq çəkidən azad olmağa kömək edir, həmçinin qaraciyəri təmizləyir. Limon digər maddələrlə birlikdə limon turşusu, kalsium, maqnezium, C vitamini, bioflavanoid, pektin və ümumiyyətlə immunitet sistemini gücləndirib infeksiyalarla mübarizə edən limonen (Limonen Formulu C10 H16 olan metil-4 izopropenil-1 sikloheksen maddəsinin geniş yayılmış adı. Bitkilərdə çox geniş yayılmış bir karbohidrogen. Limonenin iki optik izomeri var. L-limonen polar-a işığı sağa, d-limonen isə sola çevirir. Şam, limon, portağal və narınc çıxaran efirlər yağlarda olan limonen limon iyli rəngsiz mayedir. Xoş qoxusu görə də kosmetik sənayesində istifadə edilir. Limonen bəzi kimyəvi maddələrin istehsalında bir ara maddə kimi də istifadə edilir) ehtiva edir. İndi sizə hər səhər limonlu ilıq su içməyin faydalarından bəhs edəcəyik.
Limonlu ilıq su necə hazırlanır?
Təmiz su istifadə etməlisiniz. Su ilıq olmalıdır, qaynanılmamalıdır. Soyuq su yerinə ilıq su istifadə etməlisiniz, çünki bədəninizin soyuq suyu işləməsi həm daha uzun sürəcək, həm də daha çox enerji tələb edir.
Hər zaman təzə limon istifadə edin, mümkünsə orqanik olanları seçin, əsla şüşələrdəki limon suyundan istifadə etməyin. Bir stəkan ilıq suyun içinə yarım limonun suyunu sıxın və səhərlər acqarına bunu üçün.
Həzmə köməkçi olur.
Limon suyu dədəndəki yararsız maddələrin və toksinlərin atılmasına köməkçi olar. Qaraciyərin həzm üçün lazımlı olan öd mayeni ifraz etməsinə köməkçi olar. Ayrıca mineral və vitamin baxımından zəngin olan limon, həzm sistemindəki toksinlərin atılmasına da köməkçi olur. Limon suyunun həzm asanlaşdırıcı xüsusiyyətləri reflü (Bir çox insanda yeməkdən sonra həzmsizlik, ekşime və yemək borusunda yanma əlamətləri hiss olunur. Bu narahatlı vəziyyət yemək borusuna və hətta ağıza qədər gələn yemək və mədə turşusu ilə diqqətə çarpandır. Bu vəziyyət bəzi insanlarda müvəqqəti olub, müəyyən bir müddətdə ortadan qalxar. Ancaq bəzi kəslərdə tez-tez yaranan və olduqca ağrılı bir xəstəlik halını alır. Bu xəstəlik "Gastroözofageal reflü" olaraq adlandırılır. Cəmiyyətdə 15-20% nisbətində müşahidə edilən bir xəstəlikdir. Kişilərdə daha tez müşahidə olunur), gəyirmə və qarın şişməsi kimi həzmsizlik əlamətlərini rahatlatmaqda köməkçi olur.
Bir sidik çökdürücü olaraq sisteminizi təmizləyir.
Limon suyu sidik miqdarını artıraraq gərəksiz maddələrin bədəndən atılmasını təmin edər. Buna görə limonlu su içdikdə toksinlər bədəninizdən daha sürətli atılır və sidik yolunuzun daha sağlam olması təmin edilər. Limon suyundakı limon turşusu qaraciyərin fəaliyyətini fəllaşdırır və detoksifikasyona (zəhərli/zərərli maddələrdən təmizləmə)köməkçi olan fermentin təsirini ən üst səviyyəyə çıxarır.
İmmunitet sisteminizi güçləndirir.
Tərkibindəki yüksək C vitamini sayəsində limon immunitet sistemini gücləndirmə fəaliyyəti ilə baş köməkçimizdir.
Limon soyuq qəbul edildikdə çox faydalı olan C vitamini baxımından çox zəngindir. Ayrıca beyin və sinir sisteminin fəaliyyətini sürətləndirən kalium baxımından da çox zəngindir. Kalium da təzyiqi nəzarət altında saxlamağa kömək edir. Limonda olan askorbin turşusunun (C Vitamini) iltihab əleyhinə xüsusiyyətləri vardır və buna görə astma və digər tənəffüs problemlərinə faydalı təsiri var. Ayrıca bədənin dəmir qatılığını artırır. Dəmir immunitet sistemimizdə əhəmiyyətli bir rol oynayar. Bununla yanaşı, limonu soyuq)ilıq halında qəbulu qripin qarşısını almağa köməkçi olan antimikrob xüsusiyyəti də vardır. Limonun bədənin çıxardığı bəlğəmin da azaldılmasına köməkçi olur.
pH səviyyələrini nizamlayır.
Limon qəbul edə biləcəyiniz ən qələvi qidalardan biridir. Limon təbii halıyla turş olmasına baxmayaraq, bədəninizə daxil olanda qələvi olur (sitrik turşu bədəninizdə metabolizə edildiyində turşuluq yaratmaz). Limonda askorbin turşusu qədər limon turşusu da tapılar, ancaq bu turşu zəif bir turşudur və bədəninizdə asanca metabolizə edilə bilər. Bunun sayəsində limonun içindəki minerallar bədəni alkalizə etməyə köməkçi olur. Bədənin pH tarazlığı turş olduqda xəstələnir. Daimi olaraq limonlu su içmək, köp və ağrıların əsas səbəbi olan oynaqlarda yığılan urik (sidik) turşu də daxil olmaq üzrə bədənin turş olmasına mane olar.
Dərini təmizləyir.
Üzü təmizləməklə bərabər, limon suyu əllərdə və dəridəki yağı təmizləmək üçün də istifadə edilə bilər.
Limondakı C vitamini və digər antioksidantlar, qırışları və qara nöqtələri azaltmağa köməkçi olur və sərbəst radikallarla mübarizə aparır. C vitamini, qələvi təbiətli sızanaqlara səbəb olan bakteriyaları öldürdüyünə görə sağlam və parlaq bir dəri üçün çox əhəmiyyətlidir. Hətta, yaş ilə ortaya çıxan izləri azaltmaq üçün üzərlərinə birbaşa limon sürtə bilərsiniz. Limonlu su da bədəninizi toksinlərdən təmizlədiyi üçün limon ilə dərinizi həm içdən, həm də xaricdən təmizləyə bilərsiniz. Limonun içərisində olan C vitamini dərinizi içəridən canlandırıb yeniləyir.
Enerji verir və ruh halınızı yaxşılaşdırır.
Bədənimizin yeməklərdən əldə etdiyi enerji elı yeməklərdəki atom və molekullardan gəlir. Müsbət yüklü ionlar həzm sisteminə girib, mənfi yüklü iyonlarla qarşılılıqlı təsirə girdiyində bir reaksiya meydana gəlir. Limon mənfi yüklü ion miqdarı yüksək olan nadir qidalardandır və buna görə həzm sisteminə qoşulanda bədənə daha çox enerji verir. Limonun qoxusu da enerji vericidir və ruhi halı yaxşılaşdırar. Limon suyunun qoxusu ruhi halı yaxşılaşdırır, zehni təmizləməyə köməkçi olur. Limon narahatlıq və depresiyanı azaltmağa köməkçi olur.
Yaxşılaşmağa doğru aparır.
Limonun içindəki askorbin turşusu (C vitamini) yaxşılaşmağı artırar və sümük, bağ toxu və qığırdaqların sağlamlığı üçün çox əhəmiyyətli bir qidadır. Daha əvvəl də dediyimiz kimi, C vitamininin iltihab əleyhinə xüsusiyyətləri vardır. Yəni C vitamini həm sağlamlığı qorumaq, həm də stress və yaralardan yaxşılaşma üçün çox əhəmiyyətlidir.
Nəfəsi təzələyir.
Limon, nanə və yoğurt: ağız qoxusunu aradan qaldırmaq üçün çox xeyirli vasitədir.
Limon ağız qoxusunu aradan qaldırmanın yanında diş ağrıları və diş əti iltihabına da yaxşı təsir edir. Unutmayın, limon turşusu diş minasını aşındıra dabilir; buna görə dişi ya limonlu su içmədən əvvəl fırçalamaq lazımdır, ya da limonlu su içdikdən sonra bir müddət gözləniklməlidir. Limonlu su içdikdən sonra ağızı təmiz su ilə çalxalamaq yaxşı olardı.
Linfa sistemini su ilə təmin edir.
İlıq limon suyu bədənin itirdiyi mayeləri ona geri qazandıraraq immunitet sisteminə kömək olur. Bədən susuz qaldığında yorğunluq və ya, immunitet sisteminin güçsüzləşməsi, qəbizlik, enerjisizlik, yüksək və ya aşağı təzyiq, yuxusuzluq, zehin qarışıqlığı kimi problemlər ortaya çıxa bilər.
Artıq çəkidən azad olmağa kömək edir.
Limon artıq çəkidən azad olmağa dəstək verir. Mükəmməl bir təmizləyici və iltihab çökdürücüdür. İçində bol miqdarda antioksidant xüsusiyyətli C vitamini var.
Limon pektin lifi baxımından zəngindir. Limonlu ilıq su daha qələvi ağırlıqlı bir qidalanma nizamı olan kəslərdə artıq çəkidən azad olmağa daha tez təsir edir.
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Qazaxın azad olunan kəndlərindən - Foto
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək