Hacı Şahin Həsənlinin 40 mərasimi aprelin 10-da bizim mərasim zalımızda təşkil olunacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
O bildirib ki, həmin gün iftar süfrəsi açılacaq:
“Şahin qardaşımızın dostları, yaxınları, əzizləri – hər kəs çalışacaq ki, ona layiqincə 40 mərasimi keçirsinlər. Bizim borcumuz onun ruhunu şad etmək, Quran surələri oxumaq və rəhmət diləməkdir. Allah ona rəhmət eləsin, ailəsinə səbir versin, övladları xoşbəxt olsun.
Ramazan ayıdır. Bu gözəl ayda dünyadan köçən yaxınlarımızı, doğmalarımızı yad edir, dualar oxuyub, namazlar qılırıq. Nə qədər yaşayırıq, gərək rəhmətlikləri yad edək ki, bizə də savab olsun. Bu, insanlıq vəzifəsidir”.
Qeyd edək ki, tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli martın 2-də 48 yaşında ürəktutmasından vəfat edib.
- Əliyev Zelenskini təbrik etdi
- 1643-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Britaniyanın baş naziri Kiyevdə - Foto
- Bayramın qardaşı həbsdə vəfat etdi - Anasının ölümündə şübhəli idi
- Azərbaycanda ilk - Kriptovalyuta dövlət nəfinə müsadirə edildi
- Tramp qolf üçün İrlandiyaya gedir
- Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər
- Bakıda 80 milyonluq ev: hansı məşhur alıb? - VİDEO