Sabah Ramazan ayının on altıncı günüdür.
BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 7-də imsak vaxtı saat 04:47-də, iftar vaxtı isə 19:25-dədir.
Aprelin 7-si üçün namaz vaxtları:
Sübh azanı 04:52
Zöhr azanı 12:43
Əsr azanı 17:18
Məğrib azanı 19:25
İşa azanı 20:28
On altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin!”
Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
- Əliyev Zelenskini təbrik etdi
- 1643-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Britaniyanın baş naziri Kiyevdə - Foto
- Bayramın qardaşı həbsdə vəfat etdi - Anasının ölümündə şübhəli idi
- Azərbaycanda ilk - Kriptovalyuta dövlət nəfinə müsadirə edildi
- Tramp qolf üçün İrlandiyaya gedir
- Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər
- Bakıda 80 milyonluq ev: hansı məşhur alıb? - VİDEO