İsrailin ərəb əsilli vətəndaşlarının üstünlük təşkil etdiyi şəhərlərində qarşıdurmalar başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Bildirilib ki, iğtişaşların baş verdiyi şəhərlərdən biri Umm-əl-Fahmdır. Burada onlarla vətəndaş şinlər yandıraraq, polislərə sərt predmetlər ataraq çaxnaşma yaradıblar. İki nəfər saxlanılıb.
Həmçinin Sahnin, Qüds şəhərlərində, o cümlədən paytaxt Tel-Əvivin Yaffo rayonunda da etirazlar baş qaldırıb.
Məlumata görə, etirazlar İsrail-Fələstin sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Onu əlavə edək ki, ötən gün İsrail Livandan raket hücumlarına məruz qalıb.
- Bakıda 80 milyonluq ev: hansı məşhur alıb? - VİDEO
- 15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
- Ukrayna OZON-un obyektlərini yenə vurdu
- Budanov Rusiya ilə gizli danışıq aparır?
- Bu, Rusiya üçün ölümcül olacaq!
- Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
- Tramp Ukraynanı yolundan döndərdi: Yeni strategiya...
- Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?