Paytaxt ərazisində narkokuryerlik etdiyini deyən və milli mənəvi dəyərlərimizi təhqir edərək sosial şəbəkələrdə video formasında paylaşan şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sosial şəbəkələrdə bir nəfərin İranda yaşayan “Məhəmməd” adlı şəxsin göstərişi ilə Bakı şəhərində narkokuryerliklə məşğul olduğunu və milli mənəvi dəyərlərimizin təhqirinin əks edildiyi video görüntülər yayılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbir nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Şükür Mirzəyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin, marixuana və narkotiklərin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Şükür Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
- İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Tarixi qalanın bir hissəsi dayanacağa çevrildi
- Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verdi
- Bakıda “Yuxa” restoranı bağlandı - Video
- Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi - Foto
- “Kontakt”ın əfsanəvi kampaniyası 100 000 AZN-dək uduşla geri döndü
- Əli Əhmədovun oğluna yüksək vəzifə verildi - Foto
- Cəlilabadda 52 yaşlı kişi öldürüldü, kürəkəni saxlanıldı