Bakının Yasamal rayonu 286 saylı məktəbin qarşısındakı piyada keçidi zolağını yağış yuyub. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı bir neçə dəfə məlumat verilsə də, məsələ həllini tapmır.
Bu barədə BUTA.TV-a daxil olan şikayət məktubunda bildirlib.
“Məktəbin yanında olan piyada keçidi lövhələri, sürət göstərən lövhə bərbad gündə idi və piyada keçid zolağı isə silinib getmişdi. BNA-ya müraciət edəndən sonra gəlib yerə zolaq çəkdilər, lövhələri söküb apardılar ki, yenisini gətirib yerləşdirsinlər. Zolağı 5 gündən sonra yenidən yağış yuyub apardı. Məktəbdə 2 mindən çox şagird təhsil alır. Məktəbə doğru keçid olan yolda avtomobillər istədikləri sürətlə sağa-sola şütüyürlər. 211 saylı avtobusun piyada zolağı olan yerdə hərəkətləri isə bir başqa problemdir. Qanunvericiliklə məktəblərin yanında sürət həddi 30-dur, amma bu ərazidə müvafiq lövhə yoxdur. Gərək kimisə maşın vursun, xoşagəlməz hadisə baş versin ki, Bakı Nəqliyyat Agentliyi məsələni həll etsin?!”, - məktubda qeyd olunub.
- Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
- Tramp Ukraynanı yolundan döndərdi: Yeni strategiya...
- Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
- Avropa parçalanıb, ruslara qadağa qoysaq... - Tsimmerman
- İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
- "Şimal Axını"nı Ukrayna partlatmayıb - Zelenski
- Belarus vətəndaşları Şimali Koreyaya vizasız gedə biləcək
- Qazaxıstanda seçkilər: "Ekzit-poll" nəticələri açıqlandı