Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı nazirlərin, komitə və agentlik rəhbərlərinin bölgələrdə vətəndaşlarla birbaşa görüşü ənənə halını alıb.
Ancaq son zamanlar bəzi rəhbər şəxslər Prezidentin bu tapşırığına formal əməl edir.
Belələrindən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovdur. Bu gün Göygöl rayonuna vətəndaş qəbulu adı ilə gedən Saleh Məmmədov Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş adı ilə rəhbərlik etdiyi qurumun 10-12 nəfər əməkdaşları ilə görüşüb. Agentlik rəhbəri ilə görüşə qatılmaq istəyən Kəlbəcər köçkünlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, Saleh Məmmədovun regional idarələrinin rəhbərləri əsl problemi olan vətəndaşların qəbuluna maneçilik törədib.
Onlar arasında 44 Günlük Vətən Müharibəsinin qaziləri də olub. Məmmədovun adamları qaziləri görüşə salmaq əvəzinə onlara pul təklif edib. Bu təklifi qəbul edənlərlə yanaşı rədd edənlər də olub.
Göygöl və ətraf rayonların sakinlərinin qəbulu adı ilə təşkil olunan görüş cəmi 30 dəqiqə çəkib.
Ətrafdakı vətəndaşları isə polis vasitəsi ilə sıxışdıran Məmmədovun adamları səs-küy salanları həbslə hədələyib.
- İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
- Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
- Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı
- Yüksək vəzifəli azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü
- Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - Rəsmi
- Nikah və boşanmaların sayı azaldı
- Pensiya alanların nəzərinə!
- Azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü