Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aprelin 20-də Qara dəniz qazının açılışı olacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz ölkə mətbuatına açıqlamasında deyib.
“Bu tarixdən sonra təhlükəsizliklə bağlı bir neçə nəzarət tədbirləri həyata keçirəcəyik. May ayından etibarən isə əhalinin qazdan istifadəsi təmin olunacaq. Təbii qaz “Botaş” şirkəti vasitəsilə xətlərə paylanacaq. Biz maliyyə xərclərinə nəzarət edəcəyik. Təbii qazın istehsal dəyəri idxaldan daha yaxşı olacaq”, - nazir bildirib.
F.Dönməz eyni zamanda vurğulayıb ki, aprelin 20-də cənab Ərdoğan ən çox vətəndaşlarımızı sevindirəcək şad xəbərlər paylaşacaq:
“Bu, gündəmi dəyişdirən bir xəbər olacaq. Millətimiz də, dövlətimiz də qazanacaq”.
- İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
- "Şimal Axını"nı Ukrayna partlatmayıb - Zelenski
- Belarus vətəndaşları Şimali Koreyaya vizasız gedə biləcək
- Qazaxıstanda seçkilər: "Ekzit-poll" nəticələri açıqlandı
- Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
- Prezident ailəsinin səmimi - Fotosu
- Prezident Zəngəzur dəhlizi barədə danışdı
- Prezident kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!