Ukraynadakı səfirimiz Elmira Axundovanın vəzifəsindən geri çağırılması ilə bağlı yayılan məlumata XİN-dən münasibət bildirilib.
BUTA.TV xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Yeni Müsavat”a açıqlamasında bu barədə onlarda hər hansı məlumat olmadığını deyib.
“Səfirin geri çağırılması və yeni səfirin təyinatı cənab Prezidentin səlahiyyətindədir. Ukraynadakı səfirlə bağlı sərəncam olarsa, o zaman bu barədə rəsmi məlumat veriləcək”, - A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Bakupost.az Xarici İşlər Nazirliyindəki etibarlı mənbəyə istinadla Elmira Axundovanın geri çağırıldığını, Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbərinin isə artıq müəyyənləşdiyini yazıb. Lakin Prezident sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqreman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.
“Bu, Kəmaləddin Heydərovun nüfuzuna ciddi zərbə vuracaq” - FHN-də istefalar...
- Mehriban Əliyevaya yüksək vəzifə verildi
- "Şamaxı yolu"nda hərəkət belə olacaq - Video
- Süleyman Mikayılovun əleyhinə qərar - Öhdəlik qoyuldu
- TƏBİB-in yeni sədri kim olacaq? – Namizədlər…
- Məhkəmədən Əli Kərimli barəsində qərar...
- İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Tarixi qalanın bir hissəsi dayanacağa çevrildi
- Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verdi