Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Herbari fondunun əməkdaşlarının narahatlığı barədə açıqlama verib.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.
“Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər. Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilib.
“Bu, Kəmaləddin Heydərovun nüfuzuna ciddi zərbə vuracaq” - FHN-də istefalar...
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq
- Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
- X sosial şəbəkəsi çökdü
- Sabah ilin ilk Günəş tutulması olacaq
- Samir Nuriyevin sədrliyi ilə iclas keçirildi
- Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?
- Mehriban Əliyevaya yüksək vəzifə verildi
- "Şamaxı yolu"nda hərəkət belə olacaq - Video