Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışlarında Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.
Azərbaycan Cüdo Federasiyasından BUTA.TV-a bildiriblər ki, idmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə daha 3 qızıl medal yazdırıblar. Hüseyn Eyvazlı (81 kq) bürünc medala sahib olub.
- İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
- "Şimal Axını"nı Ukrayna partlatmayıb - Zelenski
- Belarus vətəndaşları Şimali Koreyaya vizasız gedə biləcək
- Qazaxıstanda seçkilər: "Ekzit-poll" nəticələri açıqlandı
- Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
- Prezident ailəsinin səmimi - Fotosu
- Prezident Zəngəzur dəhlizi barədə danışdı
- Prezident kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!