Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, məlumatı FHN yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının zərbəsindən otağın pəncərə çərçivəsi yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində mənzildə olan bir nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
- 6 gün dağıntılar altında sağ qaldı - Cəmi 3 yaşı var
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video