Şəmkir rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.
Nəticədə bir ailənin 6 üzvü - 1965-ci il təvəllüdlü Yaşar Cəfərov, 1995-ci il təvəllüdlü Hüseynli Mehman, 2021-ci il təvəllüdlü Hüseynli Sirac, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2018-ci il təvəllüdlü İmeyra Qocayeva və 1971-ci il təvəllüdlü Naibə Hüseynova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Bəzi qatarların hərəkət qrafiki dəyişdi
- Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
- Qadınların pensiya yaşı artırıldı
- Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
- Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – Təsdiqləndi
- Məzun xalatı və papağı hadisə yerində qalıb... - Video
- Bakı kəndlərini niyə qurbağalar basıb? - Video
- Bakıda tarixi UFC gecəsi - 72 ölkədən azarkeş və tam dolu arena