Əksər Qərb media orqanları kimi, Britaniyanın “İndependent” nəşri də cənab Ərdoğan haqqında mənfi münasibətdə olduğunu açıq şəkildə büruzə verir. Britaniyanın “İndependent” qəzeti yazır ki, Türkiyə Prezidenti uzun müddətdir seçkilər üzrə davamlı ustalıq nümayiş etdirir. O, nadir hallarda səsvermədə uduzub. Mayın 14-də heç bir namizəd səs çoxluğu qazana bilməsə, 28 may seçkisində (ikinci turda) ona prezident seçilmək üçün demək olar ki, zəmanət verən güclü dəstək bazasına malikdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
“Britaniya nəşri yazır ki, “Metropoll” sorğu mərkəzinin açıqlamasına görə, respondentlərin 42,6%-i Kılıçdaroğluna, 41,1%-i Ərdoğana, qalanları isə digər iki namizədə səs verəcəklərini və ya qərarsız olduğunu bildirib.
Bu, həm də o deməkdir ki, seçkinin birinci turunda qalib olmayacaq. İkinci turda isə “İndependent”in də etiraf etdiyi kimi, cənab Ərdoğanın şansı çox yüksəkdir. Qəzet bildirir ki, millətçi və populist çıxışlar ona rəğbəti artırır.
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
Bir məqamı da deyim: 10-15 gün əvvəl Kılçdaroğlu 10-12 faiz səs çoxluğu ilə Ərdoğanı qabaqlayırdı. Getdikcə bu üstünlük əriyib getdi. Yaxın günlərdə əks prosesin başlayacağı qaçılmazdır. Yəni Ərdoğana dəstək verənlərin sayı artacaq. Ancaq Tayyib Ərdoğanın birinci turdan qalib çıxacağı ehtimalı o qədər də yüksək deyil...” – o bildirib.
- Bu ərazilərdə işıq olmayacaq
- Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü
- Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib
- FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
- Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq
- Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO