Xəbər verdiyimiz kimi, bir neçə gün öncə yolu azaraq, Ermənistanın Zəngəzur (Sünik) mahalının Bnunis kəndində bir evin qapısını döydüyü və ev sakinləri ilə söhbət etdiyi videosu yayılan “azərbaycanlı əsgərin” “qaçan yoldaşı”nın Qarakilsədə bir marketdən görüntülənməsi haqda məlumat yayılmışdı.
BUTA.TV xəbər verir ki, “Sis Masis” Teleqram kanalı həmin şəxsin azərbaycanlı olmadığını üzə çıxarıb.
Fotosunun yayıldığını görən şəxs özü bildirib ki, adı Arto Sərkisyandır, Suriya ermənisidir.
Qeyd edək ki, iki azərbaycanlı “əsgərin” (3, hətta 6 nəfər olduğu da iddia edilir) Ermənistan ərazisində olduğu, onlardan birinin saxlanıldığı, digərinin qaçdığı haqda Ermənistan MN məlumat yaymışdı.
Azərbaycan MN Naxçıvandakı bölmələrin birindən pis hava şəraitinə görə iki əsgərin itkin düşdüyünü bildirsə də, detallar açıqlanmayıb.
- Tokayev kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!
- Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
- İranda böyük qaz yatağı kəşf edildi
- Yaponiyada növbəti güclü zəlzələ...
- 1642-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Prezidentlər açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak etdilər - Foto+Video
- Rusiyada polis festivala basqın etdi: 100 nəfər saxlanıldı - VİDEO
- İran Fransanın iki diplomatını ölkədən çıxardı