Azərbaycanla sərhədə ordu bölmələrinin əvəzinə sərhədçilərin yerləşdirilməsi münaqişənin yekun həllinin tərkib hissəsi olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşündə deyib.
“Bütün ölkələrdə sərhəd xidməti xarakterinə, hətta silah növlərinə görə ordu birləşmələrindən fərqlənir. Sərhədçilərin rotasiyası və sərhədin onların nəzarətinə verilməsi yeni münaqişələrin yaranma ehtimalını xeyli azaldacaq. Bu fikir yeni deyil, əvvəllər ictimaiyyətə açıqlanıb. İndi o, sülh müqaviləsi ətrafında müzakirələrin bir hissəsi kimi müzakirə olunur. İndi də iki ölkə sərhədinin bəzi hissələrində sərhədçilər var və təcrübə göstərir ki, bu hissələrdə toqquşma ehtimalı ordu bölmələrinin yerləşdiyi digər ərazilərlə müqayisədə daha azdır”, - Mirzoyan bildirib.
- Azərbaycanda hansı avtomobiilər ucuzlaşıb?
- Azərbaycana qar yağdı
- Xarkovda ölən Fatimə diplomunu götürməyə gedibmiş...
- Nazir polkovnik-leytenantı ehtiyata buraxdı - Foto
- Prezident həmkarı ilə general-qubernatoru təbrik etdi - Yenilənib
- Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
- Bəzi qatarların hərəkət qrafiki dəyişdi
- Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi