Bakı şəhəri, Yasamal rayonunun ərazisində hərbi sursat aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
- MEDİA müsabiqənin nəticələrini açıqladı
- AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
- "İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı
- Nurlana Əliyeva vəfat etdi
- Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı
- Temperatur 35 dərəcəyə yüksələcək
- Prokuror Ceyhun Salmanova 4 il iş istədi
- Dəmiryol Muzeyinə giriş sərbəst olacaq