Bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Bu seçki son 100 ilin ən vacib seçimlərindən hesab olunur. 2023-cü ildə Türkiyə vətəndaşlarının seçimi qarşıdakı illər üçün qardaş dövlətin strategiyasını müəyyənləşdirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
“Təbii ki, seçmək hüququ Türkiyə vətəndaşlarındadır. İnanırıq ki, qardaş dövlətin vətəndaşları öz doğru seçimləri ilə ölkələrinin inkişafını dəstəkləyəcəklər. Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə də müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir”, - millət vəkili bildirib.
O vurğulayıb ki, son illər ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb:
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
“2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, 2023-cü il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.
Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur.
Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətlidir. İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək”.
- Məhkəmədən sabiq hərbi komissar barədə qərar
- Bakıda 42 məktəbə yeni direktor təyin olundu - Rəsmi
- Təcili yardımın mətbuat katibi vəzifəsindən azad edildi
- Sabah Bakı metrosu 1 saat artıq işləyəcək
- Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
- Ramazan ayının təqvimi açıqlandı
- Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər - Şok iddia
- Elektron siqaretlərin satışına görə cərimə: 5 min manat...