Ermənistanın paytaxtı İrəvanda Azərbaycan Bayrağının yandırılması açıq-aşkar vandalizm aktıdır. Bu ölkə bununla terroru, vandalizmi dəstəkləyən, sülhün və təhlükəsizliyin tərəfdarı olmadığını sübut etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirak etməkdən imtina edərək Gürcüstana, oradan da vətənə qayıdan Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, İrəvanda keçirilən Avropa çempionatı 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakterli idi: “Azərbaycan idmançıları bu çempionata çox ciddi hazırlaşmışdılar. Sanki bunu ermənilər də yaxşı başa düşürdülər. Lakin çempionatın açılış mərasimində Azərbaycan Bayrağının yandırılması idmançılarımızın psixoloji durumuma çox pis təsir göstərdi. Ona görə də nümayəndə heyəti çempionatda iştirak etməkdən imtina etdi”.
Rizvan Rəsulov bununla bağlı federasiyanın rəhbərliyinə və digər müvafiq dövlət orqanlarına müraciət edildiyini bildirib.
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar
- Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...
- “Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var