Fransanın Milli Birlik Partiyasının təsisçisi, 94 yaşlı Jan-Mari Le Pen ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Siyasətçi ötən gün özünü pis hiss edib, sonra xəstəxanaya yerləşdirilib. Həkimlər onun halsızlığının ürək çatışmazlığından ola biləcəyini düşünürlər.
Ötən il də Jan-Mari Le Pen insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Le Pen beş dəfə Fransa prezidentliyinə namizəd olub. O, 12 il əvvəl partiya rəhbərliyini qızı Marin Le Penə təhvil verib.
- Putinin uzunmüddətli hədəflərindən biri… - Zelenski
- Yenidən prezident seçilmək hüququm var - Tokayev
- Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir
- Prezident xanımı ilə Özbəkistandadır
- Erməni ordusunda insident: Hərbçi öz yoldaşını güllələdi
- İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - Video
- İran Məkkə sazişinə dəvət edildi
- Pakistan ordusunun komandanı İrana gedir