İtaliya millisinin və "Latsio"nun futbolçusu Çiro İmmobile paytaxt Romada ağır yol qəzasına düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat ayyıb.
Məlumata görə, 33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi tamamilə dağılıb. Tramvay isə relsdən çıxıb.
Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.
Polis hadisə yerində araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tramvayın işıqforun qırmızı işığında keçməsi olub.
- Rusiyada bunlar var, amma benzin yoxdur - Novak
- Britaniya Rusiya gəmilərini bu cür aşkarlayacaq
- Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu - Fotolar - Video
- Şavkat Mirziyoyev Prezidentin səfəri ilə bağlı paylaşım etdi - Video
- Prezidentlərin görüşünə hazırlığın - Görüntüləri
- Rusiyada yanacaq böhranı nə vaxt bitəcək? Putin cavab gözləyir
- BƏƏ ərazisinin bir hissəsini İrana verməlidir - Deliqani
- Putinin uzunmüddətli hədəflərindən biri… - Zelenski