AKP-nin sədr müavini Mustafa Şən bir ay əvvəl Ərdoğanın 53, AKP-nin 41, Cümhur İttifaqının isə 51 faiz səs toplayacağını açıqlamışdı. Seçki anketləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının gündəmində az yer tutur, amma araşdırmalar hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın üstünlüyünü göstərdikdə müxalifət dəli olur.
BUTA.TV xəbər verir ki, bunu “Hürriyət” qəzetinin yazarı Əbdülqədir Selvi köşə yazısında qeyd edib.
“Rəy sorğularını daha yaxından izləməyə çalışıram. Hakim cəbhədə sorğular gündəmdə elə də çox yer tutmur. Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) mediaya, sorğu keçirən struktur sahiblərinə münasibəti isə xüsusi diqqətə layiqdir. İş o yerə çatıb ki, Kamal Kılıçdaroğlunun 10 xal irəlidə olmadığı sorğuları sorğu hesab etmirlər. Xüsusən də Ərdoğanın irəlidə olduğunu göstərən sorğu yayımlananda onlar dəliyə dönürlər”, - yazar bildirib.
- İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - Video
- İran Məkkə sazişinə dəvət edildi
- Pakistan ordusunun komandanı İrana gedir
- İran hakerləri Britaniyada elektrik stansiyasını söndürdülər
- Avropa liderləri Kiyevə gəldilər
- Tramp Kanadaya əsəbiləşdi: Artıq bəsdir!..
- Rusiya Ukraynada sərnişin qatarını vurdu
- Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü