11 il öncə qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının yaxınları qətllə bağlı açılmış cinayət işinin yenilənməsini istəyib.
BUTA.TV ”AzadlıqRadiosu”na istinadən xəbər verir ki, Rafiq Tağının qardaşı İlqar Tağı müvafiq qurumlara müraciət edib.
O, yeni istintaq qrupunun yaradılmasını və qətlin araşdırılmasını tələb edib:
“İstintaqı daha dərin aparmaq laızm idi. Səthi aparıldı. Ona görə də, istintaq nəticə vemədi, yaxud da nəticələri qəsdən gizlədildi. Hesab edirəm ki, Fazil Mustafaya edilən sui-qəsddən sonra Rafiq Tağının istintaqı da yenilənməlidir. Təzə istintaq qrupu müəyyənləşdirilməlidir. DTX, Baş Prokurorluq və DİN-dən ricam budur ki, Rafiq Tağının məsələsinə təzə istintaq qrupu təşkil edilərək yenidən baxılsın”.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Qeyd edək ki, R.Tağı 2011-ci ilin noyabrında işdən evə gedərkən yolda bıçalanıb. O, 4 gün sonra xəstəxanada vəfat edib.
R.Tağının qətli ilə bağlı başlanmış istintaq işi təxmini 2 il sonra dayandırılıb. Rəsmi izahda cinayəti törədənin müəyyən edilməməsi göstərilib.
Məsələ ilə bağlı Baş Prokurorluğa edilən müracitələr nəticəsiz olub.
Daha ətraflı videoda:
- "Qarabağ" - "Nyukasl" matçı TVNET-də...
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?
- Taleh Quliyev vəzifəsindən ayrıldı
- İraqa köçürülən İŞİD-çilər arasında 55 azərbaycanlı var
- Magistraturaya qəbul: bu tapşırıqların nəticələri açıqlandı