Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində və Novosibirskdə terror aktları planlaşdıran İŞİD terror qruplaşmasının liderlərindən birini həbs edib.
BUTA.TV xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federal Təhlükəsizlik Xidməti “İslam Dövləti” beynəlxalq terror təşkilatının liderlərindən birinin - Tacikistannın vətəndaşı, 1989-cu il təvəllüdlü Nazarov T.M.-in qanunsuz fəaliyyətini dayandırıb.
Nazarov T.M. Moskva vilayəti ərazisində, eləcə də Novosibirskdə əldəqayırma partlayıcı qurğulardan istifadə edib, izdihamlı yerlərdə, Rusiya Dəmir Yollarının obyektlərində təxribat və terror aktları törətmək məqsədi ilə terror qruplaşması yaradıb”, - məlumatda deyilir.
- İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - Video
- İran Məkkə sazişinə dəvət edildi
- Pakistan ordusunun komandanı İrana gedir
- İran hakerləri Britaniyada elektrik stansiyasını söndürdülər
- Avropa liderləri Kiyevə gəldilər
- Tramp Kanadaya əsəbiləşdi: Artıq bəsdir!..
- Rusiya Ukraynada sərnişin qatarını vurdu
- Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü