Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
BUTA.TV xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edib.
Bu gün, həmçinin, Əliabbas Rzazadə (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Əli Rəhimzadə (65 kq) 1/4 final görüşünə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
- Pxenyanın raketlərinin hara düşəcəyini heç kim bilmir
- Bu türk ölkəsində parlament seçkiləri keçirilir
- 1642-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Rusiyada xaos istəyirik, bunun üçün lazım olanı etmirik
- Buna görə dünyanın atom bombasına istəyi artdı - Rzayi
- Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - Video
- Türkiyə ilə gərginliyi artırmaq istəmirik - Saar
- Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...