“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb.
QSC-dən BUTA.TV-a bildirilib ki, memorandumun əsas məqsədi Azərbaycandan keçən Orta Dəhliz vasitəsilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir.
Memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda, limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Anlaşma memorandumuna görə, həm də Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin Orta Dəhliz vasitəsilə Azərbaycandan daşınması mümkün olacaq.
- Buna görə dünyanın atom bombasına istəyi artdı - Rzayi
- Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - Video
- Türkiyə ilə gərginliyi artırmaq istəmirik - Saar
- Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı