Təbriz, Urmiya və Kərəc və digər şəhərlərdəki məktəblərdə şagirdlər zəhərləniblər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, onların kimyəvi qazdan zəhərləndikləri bildirilib.
Qeyd edilir ki, Təbrizdə hadisədən xəbər tutan valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər. Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməmələrinə etiraz ediblər.
Hadisə ilə bağlı rəsmi açıqlama verilmir. Eyni zamanda zəhərlənən şagirdlərin sayı açıqlanmır.
Xatırladaq ki, İranda əsasən qızların təhsil aldığı orta məktəblərdə kütləvi zəhərlənmə halları 2022-ci ilin 30 noyabrında başlayıb. İndiyədək 250-yə yaxın məktəbdə 5 mindən çox şagird qidadan zəhərlənib.
Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, başağrısı və digər əlamətlər müşahidə olunur.
İranın Daxili İşlər Nazirliyi martın 11-də ayrı-ayrı şəhərlərdəki məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələrində şübhəli bilinən 100-dən çox insanın saxlanıldığını bildirib.
- Buna görə dünyanın atom bombasına istəyi artdı - Rzayi
- Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - Video
- Türkiyə ilə gərginliyi artırmaq istəmirik - Saar
- Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı