Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı zamanı bildirib.
Nazir, Ermənistanın Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib.
Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.
- Buna görə dünyanın atom bombasına istəyi artdı - Rzayi
- Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - Video
- Türkiyə ilə gərginliyi artırmaq istəmirik - Saar
- Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı