Rza Pəhləvinin İsrailə səfəri İran daxilində ciddi bir dəyişikliyə səbəb olmayacaq. Bunu İsrail mənsubları da yaxşı bilir. Sadəcə, rəmzi mənası var və Tehrana siyasi mesaj verir.
Bu sözləri BUTA.TV-a Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid Rza Pəhləvinin İsrailə nəzərdə tutulan səfərinin məqsədi barədə danışarkən deyib.
O bildirib ki, Rza Pəhləvi müxalifət nümayəndəsi kimi təqdim edilsə də, onun İranda yüksək nüfuzu yoxdur:
“Pəhləvinin İranda ciddi mənada dəstəkçiləri yoxdur. Sadəcə, İranın fars və mərkəz bölgələrində qismən tərəfdarları var. Onun İsrailə səfəri nəinki yaxın, hətta uzunmüddətli dövrdə hər hansı dəyişiklik olacağına işarə etmir. Pəhləvidən öncə də digər müxalifət nümayəndələrinin İsrailə səfəri olub. Göründüyü kimi, ortada ciddi nəticələri yoxdur”.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Ekspert İranın gələcəyində yalnız Güney Azərbaycanın təsiredici rolu ola biləcəyini diqqətə çatdırıb:
“Güney Azərbaycan fars milliyətçiliyi ilə hərəkət edən heç bir qüvvənin yanında deyil və rejim müxalifətçilərini də dəstəkləmir. Çünki onlar Güney Azərbaycana düşməndirlər. İranın gələcəyində Güney Azərbaycan təsiredici rol oynaya bilər. Bunu müxalif güclər də bilir”.
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?
- Taleh Quliyev vəzifəsindən ayrıldı
- İraqa köçürülən İŞİD-çilər arasında 55 azərbaycanlı var
- Magistraturaya qəbul: bu tapşırıqların nəticələri açıqlandı