Qarabağ münaqişəsinin yaratdığı reallıqların töhfələri səmimi tərəfdaş olmaq istəyən bütün dövlətlərin bəhrələnməsinə imkan yaradır. Məsələn, Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
“Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər. Təkcə bu bölgədə yerləşən ölkələrin layihə reallaşandan sonra əldə edəcəkləri mənfəət Zəngəzur dəhlizinin qlobal miqyasda necə böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Eləcə də ərazi bütövlüyünü təmin edən Azərbaycanın regionda yaratdığı möhkəm təhlükəsizlik sistemi Avropanın ən böyük probleminə çevrilən enerji təminatına böyük yardım göstərəcəkdir. Azərbaycanın karbohidrogen ehtiyatları və ərazimizdən tranzitlə ötürülə biləcək digər ölkələrin enerji resursları gələcək onilliklər boyu bütövlükdə Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaqdır”, - Azərbaycanın Təhlükəsizlik Şurasının katibi qeyd edib.
- Yeni dövrün əmək bazarı: Məşğulluq Strategiyası bizə nə vəd edir? - Ekspert şərhi
- Nigar Rüstəmliyə yüksək vəzifə verildi
- Dənizdə iki nəfər xilas edildi
- “Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə
- Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır
- 28 dəqiqədə milyonlar qazandılar - Fotolar
- Yasamalın bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür