Peyğəmbərimiz hədisində buyurub: “Bugünkü sizin tutduğunuz oruclar səmada asılı vəziyyətdə qalar. Verdiyiniz süfrə sədəqəsi Haqq dərgahında oruclarınızı qəbul etdirəcək”. Fitrə zəkatı ona görə də zəngin müsəlmanların boynunda mənəvi bir borcdur. Bu, mütləq bayram günü, xüsusən də bayram namazından öncə, çatdırılmasa, həmin gün namazdan sonra mütləq çıxarılmalıdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib.
O bildirib ki, fitrə zəkatı xurma, kişmiş, düyü, arpa və buğda olan nüsbətdə müəyyən olunur:
“Fitrə hər fərd üçün 2.7 kq buğda civarında nəzərə tutulub. Ancaq bu gün Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) bunu 10-15 manat arası təyin ediblər. Bir insan fitrəni ən yaxın qohumlarından başlamaq şərtilə fəqirlərə verə bilər. Ancaq fitrə sədəqəsi ata, ana, baba, nəvə və nəticəyə verilməz. Qardaş, bacı uşaqlarına və yaxın çevrəyə isə verilə bilər”.
İlahiyyatçının sözlərinə görə, ola bilər ki, QMİ fitrə zəkatını ən çox istifadə olunan qidaların qiymətini hesablayaraq təyin edib:
“Bundan əlavə, hər kəs öz süfrəsinə qoyduğu, yediyi qidalardan fitrə çıxarmalıdır. Məsələn, əgər 20 manatlıq kişmiş yeyirsə, ondan da fitrə versin. İslami görüş budur”.
- Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi