İstintaqda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur, onların əksəriyyəti hərbçilərdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Vətənə xəyanət maddəsi ilə ittiham olunanların əksəriyyəti hərbi qulluqçular və yüksək rütbəli zabitlərdir. Onlar düşmənə pul müqabilində mövqelərinin yeri barədə məlumat veriblər. 44 günlük müharibə zamanı qohumlarımdan biri kabinetimə gələrək yüksək rütbəli bir zabitin qoşunlar arasında panika və “Paşinyan əraziləri satıb” şayəsini yaydığını dedi. Buna görə onu iş otağımdan qovsam da, sonradan bildim ki, cinayət işlərinin epizodlarından biri bu versiyanı tam təsdiq edə bilər”, - o bildirib.
- Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi