Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşdü

18:44 - 18 Aprel 2023 - GÜNDƏM

 Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşdü

Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv layihələr barədə müzakirələr aparılıb.

BUTA.TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Tvitter hesabında yazıb.

Nazir bildirib ki, Azərbaycan-İsrail Birgə Komissiyasının İsrail tərəfdən həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ilə görüşüb.

"Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını məmnunluqla vurğuladıq", - M.Cabbarov qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol