İki təhsil müəssisəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. Xuraman Əsgərova, baş müəllimlər Nailə Hüseynova, Gülşən Əhmədova, Filologiya fakültəsi nəzdində Alman dilinin qrammatikası və fonetikası kafedrasının baş müəllimləri Məryəm Babayeva və Solmaz Əlizadə, Alman-Azərbaycan Mübadilə Xidmətinin (DAAD) ADU-dakı rəhbəri Mara Liza Gezer Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə səfər ediblər.
Bu barədə BUTA.TV-a Azərbaycan Dillər Universitetindən məlumat verilib.
Görüşdə DAAD rəhbəri Almaniyada təhsil sistemi, DAAD təqaüd proqramları haqqında şagirdlərə geniş məlumat verib, Məryəm Babayeva və Solmaz Əlizadə bu mövzu ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb.
Tədbirin yekununda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. Xuraman Əsgərova kafedra əməkdaşlarının çap və tərcümə olunmuş kitablarını Kompleks kitabxanasına hədiyyə edib.
Daha sonra müəllim və tələbələr Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə baş çəkiblər.
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər
- Sabah çimərliklərdə hava necə olacaq?