Klublar Komitəsinin (KK) bir müddət əvvəl keçirilən iclasından sonra açıqlanıb ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) dövlətin Premyer Liqa təmsilçilərinə ayırdığı üç milyon manatlıq yardımın legioner futbolçuların transferinə, eyni zamanda onların məvaciblərinin ödənməsinə sərf olunmasına qadağa qoymaq istəyir.
BUTA.TV xəbər verir ki, KK bununla bağlı bəyanat yayıb, narazılığını ifadə edib. Klublar hesab edirlər ki, bu, uğurlu qərar deyil və komandaların səviyyəsinin enməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı AFFA-dan hər hansı reaksiya olmayıb. İctimaiyyət klubların açıqlamaları əsasında planlaşdırılan qadağanı müzakirə etməklə kifayətlənməli olub.
Bunu nəzərə alıb, assosiasiyanın mövqeyini öyrəndik. Həqiqətən, AFFA İcraiyyə Komitəsinin (İK) 7 mart tarixli iclasında belə bir təklif irəli sürülübmü? AFFA qadağa qoymağı düşünürsə, bunun Azərbaycan futboluna hansı faydalarının olacağı gözlənilir və hansı arqumentlər gətirilir?
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Oxu.az-a bildirib ki, klublara belə bir qərarın qəbul edilməsinin planlaşdırıldığı barədə məlumat verilib:
“Hər hansı qərar yoxdur. Məsələ İK-nın gündəliyinə də daxil edilməyib. Amma klublara bununla bağlı informasiya xarakterli deyilib ki, belə bir qərarın qəbul edilməsi planlaşdırılır”.
Firuz Abdulla planlaşdırılan qərarın arxasında hansı səbəblərin dayandığı barədə danışmaq səlahiyyətinin olmadığını söyləyib.
AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, eyni zamanda Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə məsələnin gələcəkdə müzakirə olunacağını bildirib. Lakin onun fikrincə, klublara hər hansı qadağa qoyulmayacaq.
- Rəşad Mahmudov müraciət yaydı: Bu, əxlaqsızlıqlıqdır!
- Kanalizasiya quyusuna düşən gəncin anasından ürəkdağlayan sözlər
- Teleqram kanalları kütləvi şəkildə bloklanır
- Leyla Əliyeva Albaniyada Edi Rama ilə görüşdü
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək