Son zamanlar valideynləri ən çox narahat edən məsələlərdən biri məktəblərdə qida zəhərlənməsi hallarının artmasıdır. Bəs həyati əhəmiyyəti olan bu problemin qarşısının alınması üçün hansı tədbirlər görülür?
Məsələ ilə bağlı BUTA.TV-a açıqlamasında təhsil eksperti Kamran Əsədov son 3 il ərzində orta ümumtəhsil məktəblərində baş verən zəhərlənmələrin sayının əvvəlki 10 illə müqayisədə artdığını deyib:
”Bunun səbəbi Elm və Təhsil Nazirliyinin (ETN) özünə yaxın olan müəyyən MMC-lərin məktəblərə süni şəkildə qida paylamasına şərait yaratmasıdır. Diqqət yetirsək görərik ki, qidaların paylanması ilə bağlı tenderlərdə qalib edilmiş şirkətlərin ümumilikdə 1-2 həftəlik fəaliyyəti var və bu sahə üzrə hansısa təcrübəsi yoxdur. Nazirlər Kabinetinin orta ümumtəhsil məktəblərində iaşə xidmətləri ilə bağlı qaydaları var. Burada təhsil müəssisələrində hansı qidaların satışına icazə verildiyi qeyd olunub. Qaydalara əsasən, birmənalı şəkildə yağda qızardılmış peraşkilər, çipslər, hisə verilmiş ət məhsulları, kolbasa, sosiska, qazlı enerji içkiləri və sairin məktəb bufetlərində satışı qadağan olunub. Ancaq bir çox bufetdə bu məhsullara rast gəlirik. Məktəb direktorları mövcud qaydalara görə bufetlərin onların səlahiyyətində olmadığını bildirir. Bunun yalnız yuxarı təhsil qurumları ilə imzalanmış müqavilə əsasında fiziki və hüquqi şəxslər tərəfindən işlədildiyi deyilir”.
Ekspert Respublika Gigiyena və Epidemiologiya İdarəsinin də məktəb bufetlərində mütəmadi vaxtı keçmiş məhsullara görə monitorinqlər aparmalı olduğunu qeyd edib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlanıb.
- Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto
- Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı
- Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!
- Azərbaycan Rusiyaya nota verib
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video